TOYUQ ƏTİ

Toyuq dünyanın hər yerində yaşaya bilən quşdur. Onun ətindən demək olar ki, dünyanın bütün ölkələrində istifadə edilir. Toyuğun bir çox növləri var. Onların xarici görünüşləri, yumurtaları, hətta, ətləri belə növündən asılı olaraq fərqli ölçüdə olur. Ən yaxşı toyuq cinsi isə bol yumurta vermək qabiliyyətinə malik olan toyuqlar hesab edilir. Toyuqlar 4 aydan sonra yumurtlamağa başlayırlar. Ətlik toyuqları döş və bud hissələri daha çox böyüməyə meyilli olur.
100 qram toyuq ətinin qida dəyəri:
– Zülallar – 14,7 qr
– Yağlar – 15, 7 qr
– Karbohidratlar – 13,9 qr
– Su – 52,7 qr
– Kalori – 190 kKal.
Toyuq ətinin tərkibində B6 vitamini, çoxlu zülallar və qlütamin var. Bu səbəbdən də o ürək-damar və sinir sistemi xəstələri üçün əla qida vasitəsi sayılır. Toyuğun tərkibində olan zülallar və qlütamin mərkəzi sinir sistemini və orqanizmi möhkəmləndirir. 
Toyuq yumurtası insan üçün ən vacib qidalardadır. Onun tərkibi saysız-hesabsız faydalı maddələrlə zəngindir. Yumurtanın tərkibində 12 növ vitamin və çoxli mikroelementlər var. Yumurta sarısında çoxlu proteinlər, vitaminlər, lipidlər və başqa maddələr var. Yumurta qabığının 90%-i kalsiumdan ibarətdir. Onun sarısında olan lisitin orqanizmdə yağ mübadiləsinin sürətlənməsinə səbəb olur. Yumurta sarısında əksər növ vitaminlər, o cümlədən D vitamini də var. Tərkibində olanlara görə yumurta təkcə balıq yağından geri qalır. Mütəxəsissilər D vitamini çatışmazlığı zamanı yumurta sarısı yeməyi məsləhət bilir. Bu səbəbdən də pediatrlar azyaşlı uşaqlara həftədə ən azı 3 dəfə yumurta sarısı yeməyi tövsiyə edirlər.

  • GİGİYENİK

  • SERTİFİKATLI

  • HALAL KƏSİM

MƏHSULLAR

SİFARİŞ EDİN

Sifariş etmək üçün aşağıdakı formu doldurun*