Birbaşa MÜŞTƏRİ XİDMƏTLƏRİNƏ ZƏNG EDİN

SİFARİŞ ÜÇÜN ZƏNG EDİN

+994 70 987 27 87

QOYUN ƏTİ

Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və b.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir.

Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun az olması səbəbindən yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır. Dəmir elementi və B12 vitamini ilə zəngin olduğundan, xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə edilir. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Tərkibində fol turşusu çox olduğundan hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir.

  • GİGİYENİK

  • SERTİFİKATLI

  • HALAL KƏSİM

MƏHSULLAR

SİFARİŞ EDİN

Sifariş etmək üçün aşağıdakı formu doldurun*